2 Views· 05/09/25· News & Politics
Şuşada 2 nəfər minaya düşərək həlak oldu | Baku TV | #bakutv #xeberler
Şuşada 2 nəfər minaya düşərək həlak oldu | Baku TV | #bakutv #xeberler
Pulsuz Elanlar: https://www.tut.az
Twitter: https://www.twitter.com/bakutvofficial
Facebook: https://www.facebook.com/www.baku.tv
Instagram: https://www.instagram.com/bakutvofficial
Tiktok: https://vm.tiktok.com/bakutvofficial
************
Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 9-u səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı sakini Vüsal Qəndiyev və Qobustan sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.
Minatəmizləmə Agentliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, ANAMA tərəfindən aparılan ilkin araşdırmalara görə, hadisə düşmənin basdırdığı “sürpriz” mina partlayışı nəticəsində baş verib. Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur. Bu tip “sürprizlər” bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir.
ANAMA tərəfindən azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət olunur ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasınlar, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar.
************
2018/2021 © All Rights Reserved ℗ Baku TV
#BakuTv #Azerbaycan #trend
0 Comments