watermark logo

Seyyid Peyman & Huseyn & Zefersoy - Eshqim ya Huseyn / Mersiyye 2021

1 Baxış
News
News
04 Sep 2021

Eşqim Ya Hüseyn
Zikrim Ya Hüseyn

Hürriyyətin dərsin verən ya Əba əbdillah
Quran yolunda can verən ya Əba əbdillah

Doldu ürəklər, ağlar fələklər
Səslər mələklər, gəldi məhərrəm
Var dildə dağlar, xırda uşaqlar
Sinə vurarlar, gəldi Məhərrəm

Qəlbimdə yer verdim sənə, ya Əba əbdillah
Səndə şəfaət et mənə, ya Əba əbdillah

Dinin yolunda sən olmasaydın
İndi yox idi quran, Hüseyn can
İslamə verdin, Quranə verdin
Öz qanın ilə Sən can, Hüseyn can

Ağa sənə canlar fəda ya Əba əbdillah
Ey məskəni kərbu bəla ya Əba əbdillah

Sən qanə batdın, dünyanı atdın
Yaydın cahanə, eşqi həyatı
Zəhranın oğlu, dünyanın əhlin
Zülmət içindən, verdin nicatı

Məzlum Hüseyn, ətşan Hüseyn, ya Əba əbdillah
Aləm sənə qurban Hüseyn, ya Əba əbdillah

Ey dinə qurban adın Hüseyn can
Mən dil açandan düşməz dilimdən
Sonsuz təşəkkür rəhmət əlinlə
Etdin hidayət tutdun əlimdən

Hüseynçiler dayağısan ya Əba əbdillah
Hidayətin çırağısan ya Əba əbdillah


Söz : Afşin Babəki
Mus : Ərəb
Aranj : Şəhram
Operator : Fərid Həsənov
Montaj : Pərviz Niyazoğlu

Daha çox göstər

Növbəti



0 Şərhlər Sırala

Heç bir şərh tapılmadı