Zəhmət olmasa bu videonu izləmək üçün daxil olun və ya qeydiyyatdan keçin

Elvin Nasir - Dost

394 Baxış
News
News
04 May 2021

Elvin Nasir - "DOST" "Baku Cms Media" etiketiyle yayınlanan "DOST" adlı işi YouTube'da sizinlədir.

Spotify: https://open.spotify.com/album..../775cCm2hedsqrYFusKv
Apple Music: https://music.apple.com/us/album/dost-single/1559289495?uo=4&app=music&at=1001lry3&ct=dashboard
Deezer: https://www.deezer.com/tr/album/216160052

Söz:Elvin Nasir

Musiqi:Emin Sabitoğlu

Aranjiman: Berkay Çandır

Piano:Vüsal Namazlı

Video: İlhami Şahbazlı

Səsyazma:Ecaz Studio

Səs uzlaşması:Farhad Taghiyev (TAGGY)

Media dəstəyi: @Xeber.men

İcraçı produser: İbrahim Seyfulla


"Dost" Sözləri

Ey dost

Əlimdən içkini al, Mənə bir şərab gətir
Elə bir sərxoş olum dünyanı yaddan çıxarım
O qədər içim məst olum və sonra aşiq olum
Olmasın mənfəətim,olmasın bir çıxarım

Dostum məni al apar uzağlarda tutum qərar
Ancaq tək buraxma,yanımda qal ey dost
Qalmayıb dizimdə taqət və məndə hal ey dost

İnanki yorulmuşam ruhumdan,cismimdən
Arxamda durma mənim,önümdə addımla
Arxamda duranların zərbələrin çox gördüm
Önümdə get ki gedim izlərində,addımla

Yüklərim çox ağırdı,de səndə kürək varmı?
Bu dünya cəhənnəmdi,əlində külək varmı?
Neçə qəlbsizləri gördüm,de səndə ürək varmı?

Nə olar etmə xəyanət,qoy sənə təslim olum
İsminə dost demişəm,sənə mən dost demişəm
Mən kimi dost bildim,nəfəsimi kəsdi mənim
Eybi yox səhvdir edib,yenə mən dost demişəm

Özümdən ayrı düşmüşəm,elə pis darıxmışam
Dostum qərib yerdəyəm,yanıma səfər eylə
Məni göstərmir aynalar,baxıram yox kimiyəm
Mən özümü itirmişəm,tapsan xəbər eylə

Bir gün ölsən əgər, söylə məzar darmı
Və həmin dar məzarda dost sirrinə yer varmı?

Dostum canım fədadır sənə bil,ancaq ki
Canımda canımmı var,belə imkanımmı var?
Könül istər ki ucaldım səni mən ərşə qədər
Şöhrətim şanımmı var,ya da adım sanımmı var?

Desələr neyləyibdir,söylə ahı məndən alıb
Denən ki savablar qalıb,günahı məndən alıb
Çün mənə güllə atanlar silahı məndən alıb

Demirəm dağ kimi ol,dəniz ol yetər mənə
Ancaq ki dalğaların qayığlarımı batırmasın
İçimdə zərrə qədər güvən qalıbdırsa,səsin
Ona lay-lay deməsin,erkən yatırmasın

Mən ki bir qərib dərvişəm,bu çöldə zəhər yedim
Sən qoyma qanıma keçsin,söylə mən nə edim?
Yolları bilirsənsə söylə haqqa nə cür gedim?

Həqiqi dostumuz Allahdır,bilirsən bunu sən
Ətəyindən yapışım sən məni Allaha apar
Səhrada qoyma məni neylərəm bir başıma?
Məni kim axtarar ki,kimlər gəlib tapar?

Sən məni dosta yetir,əlindən öpüm sənin
Qapında qul olaram,olaram nökər sənə
Məni haqqa çatdıran zəka səndə varsa əgər
Mən heçnə istəmirəm dostluğun yetər mənə

Kimin ki imkanı var,istifadə edir əzir
Bir özün düşün ginən şair,indi dost nə gəzir


Elvin Nasir kanalında yayınlanan videoların müəllif hüquqları qorunur. Hörmətlə: "Baku Cms Media" © Video'nun başqa youtube kanallarında yayımlanması qadağandır.

#ElvinNasir​ #Nasirizm​ #Dost

Daha çox göstər

Növbəti



0 Şərhlər Sırala

Heç bir şərh tapılmadı

Facebook şərhləri