1 Views· 05/04/25· News & Politics


Baku Tv
13 Subscribers

"Evlənmək məqsədilə birlikdə yaşayıblar" | Tapılan yeniyetmələrin valideynləri Baku TV-yə danışdı

Aprelin 16-da paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlar tapılıb.
Tapılan yeniyetmələrdən birinin xalasının sözlərinə görə, qızlar Maştağa ərazisində yaşayan bir qadının evində aşkarlanıb.
Xala bildirib ki, qızlardan biri həmin qadının oğlu ilə evlənmək məqsədilə onun evində yaşayıb: “Qızlar 10 gün ərzində orada qalıblar. Evdə iki oğlan, üç qız olub”.
O qeyd edib ki, uşaqla danışan zaman yeniyetmə ona yalvararaq “xala, məni buradan apar” deyib: “Qızlardan biri oğlanla sevgili olub və onun evinə gedib, digər qız isə qorxusundan ona qoşulub”.
Xalanın sözlərinə görə, qızlar valideynlərindən gizlin telefon istifadə etdikləri üçün belə bir addım atıblar.
Digər qızın anası isə bu iddiaları təkzib edib. O bildirib ki, qızının dilindən eşitmədiyi sözlərə inanmaq istəmir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan iki yeniyetmə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar: “Hazırda onların qaçma səbəbləri və digər təfərrüatlar araşdırılır. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarış aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü məsuliyyətə cəlb edilib. Araşdırma DİN-in nəzarətinə götürülüb”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0....029VaAm2De3gvWVyPJ5z

https://t.me/bakutvxeber
https://www.instagram.com/baku.tv
https://www.twitter.com/bakutvofficial
https://www.baku.tv

"Evlənmək məqsədilə birlikdə yaşayıblar" | Tapılan yeniyetmələrin valideynləri Baku TV-yə danışdı

2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™


#bakutv #maştağa #yeniyetmə

Show more

Up next


0 Comments