1 Views· 05/09/25· News & Politics

Ermənistanın dövlətçiliyi sual altında qala bilər | Baku TV | #bakutv #xeberler


Baku Tv
59 Subscribers

Ermənistanın dövlətçiliyi sual altında qala bilər | Baku TV | #bakutv #xeberler

Pulsuz Elanlar: https://www.tut.az
Twitter: https://www.twitter.com/bakutvofficial
Facebook: https://www.facebook.com/www.baku.tv
Instagram: https://www.instagram.com/bakutvofficial
Tiktok: https://vm.tiktok.com/bakutvofficial
************
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Naxçıvandan, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə İran və Rusiya ilə nəqliyyat əlaqəsi əldə etməlidir. Ermənistan hökumətinin başçısının indiyə kimi nəqliyyat kommunikasiyalarının açılmasında maraqlı olmadığını və bunu dəfələrələ dilə gətirməsini nəzərə alsaq, onun son açıqlaması həqiqətləri başa düşüb, doğru yola addım atmasından xəbər verir. Yəni Ermənistan artıq anlamağa başlayıb ki, ölkənin iqtisadi blokada və siyasi böhrandan xilas olmaq üçün yeganə çıxış yolu yalnız Azərbaycanın şərtləri ilə razılaşmaqdan keçir.
Paşinyan artıq anlayır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu yoxdur. Bunun əksi olacağı təqdirdə isə təcrid vəziyyətində olan ölkədə iqtisadi və hərbi-siyasi vəziyyət daha da ağırlaşacaq ki, bu da Ermənsitanın gələcəyini sual altında qoya bilər. Məhz Ermənistan parlamentində Baş nazir səviyyəsində Zəngəzur dəhlizinin müzakirə edilməsi və bu istiqamətdə bütün meyarlara əməl olunacağının bildirilməsi bunun bariz nümunəsidir.
Qeyd edək ki, 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.
************

2018/2021 © All Rights Reserved ℗ Baku TV


#BakuTv #Azerbaycan #trend

Show more

Up next


0 Comments