1 مناظر· 03/24/25·

İsa Filmi - Jesus (Azərbaycan dilində)


mytube
58 سبسکرائبرز
  • ستارے 8
  • پروڈیوسر Mytube
  • رہائی 2025
  • ملک Azerbaijan
  • معیار CAMRip
  • قسم romantic

Bu film İsa Məsihin həyatını göstərən mükəmməl bir filmdir. Film Müqəddəs İNCİL kitadının, Lukanın Müjdəsi hissəsinə əsasən lentə alınıb.

Bu film, İsanın doğuluşundan tutmuş, ölümdən dirilməsinə qədər, bütün insanları daim təəccübləndirir və düşündürür.

Tanrı hər şeyi yaratdı və insanı sevdi. O səni də sevir. Lakin insan Tanrıya itaət etmədi. Bununla Tanrı ilə insan arasında ayrılıq yarandı. Amma Tanrı insanı o qədər çox sevdi ki, insanın qurtuluşu üçün plan hazırladı. O, Öz Oğlu İsanı günahsız qurban olaraq göndərir ki, bizim üçün kamil qurban olsun.

İsa gəlməmişdən çox illər əvvəl Tanrı insanları hazırlayırdı. Peyğəmbərlər İsanın doğuluşu, həyatı və ölümü barədə öncədən danışmışdılar.

İsa yer üzərində yaşayarkən insanların diqqətini cəlb edirdi. O, insanlara məsəllər (ibrətamiz hekayələr) ilə təlim verir, korların gözlərini açır, cəmiyyətin dəyərsiz və aşağı saydığı insanlara kömək edirdi.

Yəhudi rəhbərləri isə Ondan qorxurdular və Onu təhlükə kimi görürdülər. Bu səbəbdən xəyanətkar Yəhuda və yalançı şahidlər vasitəsi ilə İsanın çarmıxa çəkilməsi üçün plan hazırladılar.

Onlar, bununla işin bitdiyini düşünürdülər. Lakin İsanın ölümündən 3 gün sonra Rəbbin cəsədinə yağ çəkmək üçün gedən qadınlar məzarı boş tapdılar. Bu xəbər tez bir zamanda Şagirdlərə və bütün Yerusəlimə çatdı və onlar təşvişə düşdülər. İsa şagirdlərə göründükdə isə Onun həqiqi olduğuna və ölümdən dirildiyinə şahid oldular.

İsa hər zaman dediyi kimi, O, bizim kamil qurbanımız, Xilaskarımız və ölüm üzərində qələbəmizdir. O səni də sevir, və sənin günahlarından ötrü öldü və dirildi. O, səni günahlarından azad etmək istəyir. Bu gün sən də Ona iman edə bilər, və günahlarından azad ola bilərsən.

Filmin sonunda Xilas Duası səslənir. Onu bizimlə birgə təkrarla və İcazə ver ki, Tanrı sənin həyatını dəyişsin və sənə əbədi həyat bəxş etsin.

Əgər bu barədə daha ətraflı məlumat almaq istəyirsizsə, və hədiyyə olaraq İNÇİL kitabı əldə etmək istəyirsizsə, bizimlə aşağıdakı telefon nömrələri vasitəsi ilə əlaqə saxlaya bilərsiz. Kitabı Bakı və Lənkəran şəhərlərindən əldə edə bilərsiz.

+994552233862
+994993993006
+994559409911

_________________________________________
Content of this video linked to https://www.jesusfilm.org/watc....h/jesus.html/baptism

مزید دکھائیں