4 Vues· 05/05/25· Film et animation
Mənim ağ şəhərim (1993)
18+
Film Sumqayıt şəhərinin ekoloji problemləri fonunda iki sevən gəncin faciəli taleyindən bəhs edir. Sovet hökümətinin süqutundan sonra “yeni dövran”da köhnədən qalmış problemlər hələ də davam edir. Filmdə adı deyilməsə də, Sumqayıt olduğu anlaşılan bu şəhərdə, xüsusilə də zəhərli zavodların yanında yaşayan insanların yeni nəsli şikəst və xəstə olaraq doğulur.
Filmin titrində şəhərin Xutorunda yaşayan sakinlərə minnətdarlıq edilir və tezliklə yeni mənzillərə köçməyi arzulanır.
Rejissor: Mərahim Fərzəlibəyov
Ssenari müəllifi: Akif Həsənoğlu
Operator: Ələkbər Muradov
Rəssam: Rauf Dadaşov
Bəstəkar: Xəyyam Mirzəzadə
Rollarda: Səyavuş Aslan, Rafael Dadaşov, Yaşar Nuri, Kamilə Məstənova
0 commentaires