1 Views· 05/16/25· Film & Animation

Son döyüş (1996) - bədii film


mytube
379 Subscribers

12+

Dünya çempionu Səbuhi Aslan Türkiyədə keçirilən cüdo üzrə beynəlxalq yarışda iştirak etmək üçün dəvət alır. Səbuhi rəqibləri ilə yarışarkən bir-birinin ardınca qalib gəlir. Mafiya başçıları onu ələ almağa çalışırlar, son döyüşü uduzmaq məqsədilə Səbuhiyə külli miqdarda pul təklif edirlər. Səbuhi Bossun və onun komandasının təklifini rədd edir. Qəhrəmanı mənən sındırmaq, heysiyyatına toxunmaq üçün onu müxtəlif bəhanələrlə ləkələməyə çalışır, həbsxanaya salır, işgəncə verirlər. O, bütün bu iftiraları rədd edir, çünki o, məğlubedilməzdir. Onun üçün ana vətən bütün maddi nemətlərdən ucadır. Səbuhi öz qüvvəsinə inanır.
Filmin çəkilişləri Bakı və İstanbulda aparılıb.

İstehsalçı: Tilsim-Film
Texniki göstəricilər: 35 mm, 4:3
Janr: detektiv, macəra, döyüş

Rejissor: Xəyyam Aslan
Ssenari müəllifi: Xəyyam Aslan
Operatorlar: Amin Novruzov, Kənan Məmmədov, Yuri Varnovski
Rəssamlar: Rafis İsmayılov, Fikrət Ələkbərov
Bəstəkar: Səyavuş Kərimi
Rollarda: Xəyyam Aslan (Səbuhi), Səbinə Cabbarzadə (Kəmalə), Nadir Muqbilov (Nadir), Muxtar Maniyev (məşqçi), Ənvər Həsənov (Ənvər bəy), Ramiz Məlikov (boss), Maya Şıxnəbiyeva (Mari), Tələt Rəhmanov, Həsən Məmmədov, Elmira Şabanova (Səbuhinin anası Zümrüd), Rafiq Əzimov (vəkil)
Prodüser: Marsel Abdullaoğlu
Bədii rəhbər: Ramiz Məlikov

Film Azərbaycan Kinorejissorlar Gildiyası ilə 01.06.2024-cü il tarixində bağlanmış müqavilə əsasında yayımlanır.

Show more

Up next


0 Comments