0 Views· 05/09/25· News & Politics
Uşağın qolundan yapışıb... | Baba nəvəsinin başına gələnləri Baku TV-yə danışdı
Uşağın qolundan yapışıb... | Baba nəvəsinin başına gələnləri Baku TV-yə danışdı
Dördüncü sinif şagirdinə şirniyyat verib oğurlamaq istəyiblər. Hadisə Suraxanı rayonunda qeydə alınıb.
10 yaşlı məktəblinin babası Yusif Babazadə deyir ki, hadisə nəvəsinin məktəbdən çıxdığı vaxt baş verib: “Uşaq tək olub. Məktəbdən çıxıb evə gedəndə saqqallı bir kişi əvvəlcə ona konfet təklif edib. Ancaq nəvəm götürməyib. Sonra isə uşağın qolundan yapışıb aparıb. Bir kişi ilə qadın nəvəmi onun əlindən alıb yanıma gətirdi”.
Babanın sözlərinə görə, nəvəsinin başına gələn hadisə ilə bağlı 275 nömrəli tam orta məktəb, həmçinin Polis İdarəsi məlumatlandırılıb.
Daxili İşlər Nazirliyi isə yayılan söz-söhbətlə bağlı faktı təsdiqləməyib: “Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. Polis orqanlarına bu barədə hər hansı məlumat daxil olmayıb. İddialar araşdırılıb. Qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb”.
Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0....029VaAm2De3gvWVyPJ5z
https://t.me/bakutvxeber
https://www.instagram.com/baku.tv
https://www.twitter.com/bakutvofficial
https://www.baku.tv
Uşağın qolundan yapışıb... | Baba nəvəsinin başına gələnləri Baku TV-yə danışdı
2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #sirniyyat #cinayət
0 Comments