Ərdoğan İran prezidenti ilə telefonla danışıb | Baku TV | #bakutv #xeberler


Baku Tv
13 সাবস্ক্রাইবার

Ərdoğan İran prezidenti ilə telefonla danışıb | Baku TV | #bakutv #xeberler
Pulsuz Elanlar: https://www.tut.az
Twitter: https://www.twitter.com/bakutvofficial
Facebook: https://www.facebook.com/www.baku.tv
Instagram: https://www.instagram.com/bakutvofficial
Tiktok: https://vm.tiktok.com/bakutvofficial
************
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının dövlət başçısı İbrahim Rəisi arasında telefon danışığı olub.
İki ölkə lideri iqtisadi sahədə və terrorizmlə mübarizə başda olmaqla bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın artırılmasını müzakirə edib.
İ.Rəisi terrorizmlə mübarizədə əsas yolun ölkələrin hakimiyyətinə hörmətlə yanaşmaq olduğunu bildirib.
"İran İslam Respublikasının terrorizmlə mübarizədə parlaq keçmişini nəzərə alaraq bütün ölkələrlə bu istiqamətdə əməkdaşlıq etməyi alqışlayırıq" deyə İ.Rəisi əlavə edib.
İran dövlət başçısı Tehran və Ankara arasında iqtisadi və ticarət əlaqələrinin əhəmiyyətindən danışaraq tezliklə Tehranda iki ölkənin müştərək iqtisadi komissiyasının iclasının keçiriləcəyini və əməkdaşlıqların yeni mərhələyə qədəm qoyaraq inkişaf edəcəyini diqqətə çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehran-Ankara arasında müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zərurətindən danışıb və Tehrana gələcək səfərində iki ölkənin münasibətlərinin yeni mərhələyə qədəm qoyacağını və inkişaf edəcəyini vurğulayıb.
************

2018/2021 © All Rights Reserved ℗ Baku TV


#BakuTv #Azerbaycan #trend

আরো দেখুন

পরবর্তী আসছে


0 মন্তব্য