0 意见· 05/12/25· 电影与动画
İlahi məxluq (2011) - bədii film (rej. Yavər Rzayev)
18+
Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və şəkilli dərgi olur.
Filmdə çəkilmiş canavarların təlimi “Animalfilm” studiyası tərəfindən həyata keçirilib.
Filmin çəkilişləri Qubanın Xınalıq və Qalaxudat kəndlərində və Yardımlı rayonunda aparılıb.
İstehsalçı: Bizim Kino Prodüser Mərkəzi, Yaddaş sənədli filmlər studiyası
İlk baxış tarixi: 19.04.2011
Texniki göstəricilər: 35 mm Kodak, 16:9, Dolby Digital 5.1
Janr: psixoloji dram
Mükafat: I Qızıl Pəri Mükafatları – “Ən yaxşı orijinal ssenari” Yavər Rzayev (2015, Bakı)
Rejissor: Yavər Rzayev
Ssenari müəllifi: Yavər Rzayev
Operator: Rəsul Tənhayi
Rəssam: Rafiq Nəsirov
Bəstəkar: Səyavuş Kərimi
Rollarda: Nurəddin Mehdixanlı (Əşrəf), Vəfa Zeynalova, Münəvvər Əliyeva (Əşrəfin həyat yoldaşı), Corc Qafarov (İsmayıl)
Prodüser: Heydər Dadaşov
Film Azərbaycan Kinorejissorlar Gildiyası ilə 01.06.2024-cü il tarixində bağlanmış müqavilə əsasında yayımlanır.
0 注释