0 Mga view· 05/09/25· Balita at Pulitika
Erməni bloger Roman Baqdasaryan yenə od püskürdü | Baku TV | #bakutv #xeberler
Pulsuz Elanlar: https://www.tut.az
Twitter: https://www.twitter.com/bakutvofficial
Facebook: https://www.facebook.com/www.baku.tv
Instagram: https://www.instagram.com/bakutvofficial
Tiktok: https://vm.tiktok.com/bakutvofficial
************
Həqiqətləri soydaşlarının üzünə canlı yayım vasitəsilə vuran erməni jurnalist Roman Baqdasaryan yenə od püskürüb. Rusiyadakı erməni bloqerləri tənqid edən, Baş nazir Nikol Paşinyanın əleyhinə danışanları 44 günlük müharibədə Ermənistanda yaşanan rəzilliklərlə susduran Baqdasaryan ilk növbədə 11 min fəraridən danışıb.
“Müharibədən 11 min nəfər hərbçi qaçıb. Onlar zabitlər, muzdlular olublar. Onlara illərlə pul ödənilib. Moskvadakı erməni bloqerlər qoy bu 11 min qorxub qaçan erməni əsgərlərindən danışsınlar! Burada utanılası nə var ki?! Hər şeyi adı ilə demək lazımdır. Moskvada oturub, Azərbaycanlıların restoranlarına gedib yeyib-içirsiz, Türkiyəyə dincəlməyə gedirsiz, sonra da müharibəyə çağırış edirsiniz ki, azərbaycanlılarla döyüşək?! Buna haqqınız yoxdur. Biz müharibə istəmirik”, - deyə bloger bildirib.
Beləcə, Baqdasaryan ikiüzlü soydaşlarını Paşinyanı müharibə istəməməsinə görə tənqid etdiklərinə görə qınayıb.
************
2018/2021 © All Rights Reserved ℗ Baku TV
#BakuTv #Azerbaycan #trend
0 Mga komento