0 ভিউ· 05/12/25· মানুষ এবং ব্লগ
Hasar (2022) - qısametrajlı bədii film - erməni ilə qonşu olmaq
12+
Qarabağ müharibəsində oğlunu itirən Elçin qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə başlayır. Lakin düşmənin kor olan oğlunun itməsi Elçinin planlarını dəyişir.
Filmin çəkilişləri Lerik rayonu ərazisində aparılıb.
Filmin layihəsi Mədəniyyət nazirliyinin keçirdiyi “Böyük qayıdış” layihə müsabiqəsində qalib gələrək maliyyə dəstəyi qazanıb.
İstehsalçı: Ultra production
Texniki göstəricilər: 21:9
Janr: dram
Mükafat: XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı – “Ən yaxşı bədii film” (2022, Bakı)
Rejissor: Qulu Əsgərov
Ssenari müəllifi: Nicat Dadaşov
Operator: Vasif Vəlizadə
Rəssam: Ceyhun Cəfərquliyev
Rollarda: Vidadi Həsənov (Elçin), Leyli Vəliyeva, Əlibala Əsgərov, Güşvər Şərifova, Nurlan Süleymanlı, Amid Qasımov
Prodüser: Emil Nəcəfov
Baş prodüser: Pərviz Məmmədov
Film prodüser Emil Nəcəfovla 03.09.2024-cü il tarixində bağlanmış müqavilə əsasında yayımlanır.
0 মন্তব্য