0 Visualizzazioni· 05/12/25· Film e animazione
Suğra və oğulları (2021) - bədii film
18+
Müharibə qapını döyəndə heç cür gizlənə bilməzsən!
İkinci dünya müharibəsi... Ucqar kəndin kişiləri müharibəyə gediblər. Suğra da kəndin digər qadınları kimi ağır məişət işləri görür, övladlarını böyüdür. Müharibədən yayınmış kiçik bir dəstə dağlarda gizlənir. Suğranın oğlu Musa da onlara qoşulandan sonra kiçik qardaşı Bəxtiyar dəstə ilə kənd arasında əlaqələr yaradır. Əxlaqsız kolxoz müdiri Barat dəstə üzvü Əhəd tərəfindən öldürüldükdən sonra Xüsusi Xidmət orqanları dəstənin axtarışına başlayır. Bundan sonra Suğra və oğlanları üçün dramatik dönüş başlayır.
Filmin çəkilişləri 2019-cu ilin noyabr-dekabr aylarında Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.
İstehsalçı: Buta film, Bakı Media Mərkəzi, Salarfilm (Almaniya), Arizona Productions (Fransa)
Texniki göstəricilər: 21:9, a/q, 5.1 surround
Janr: dram
Rejissor: İlqar Nəcəf
Ssenari müəllifləri: Asif Rüstəmov, Roelof Jan Minneboo, İlqar Nəcəf
Operator: Ayhan Salar
Rəssam: Rövşən Mehdiyev
Bəstəkar: Firudin Allahverdi
Rollarda: Günəş Mehdizadə (Suğra), Hümbət Əhmədzadə, İlqar Cahangir, Paşa Məmmədli, Rasim Cəfər, Aydan Həsənzadə, Səmimi Fərhad, Qurban İsmayılov, Xalidə Quliyeva, Elşad Ələsgərov, Yaroslav Trifonov, Rizvan Ələsgərov
Ko-prodüser: Guillaume de Seille
Prodüserlər: Orman Əliyev, Ayhan Salar
Baş prodüser: İlqar Nəcəf
Film Buta Film ilə 16.12.2024-cü il tarixində bağlanmış müqavilə əsasında yayımlanır.
0 Commenti